Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Heydər Əliyev Azərbaycanda hüquqi islahatların banisidir” mövzusunda videokonfrans keçirilib

16-06-2020 10872 dəfə oxunub
“Heydər Əliyev Azərbaycanda hüquqi islahatların banisidir” mövzusunda videokonfrans keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Şəki və Gəncə Regional Mərkəzləri tərəfindən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Qobustan, Abşeron, Şamaxı, Ağsu rayon Gənclər və İdman İdarələri ilə birlikdə həmin rayonlardan olan bir sıra fəal gənclərin iştirakı ilə İnsan Hüquqları Aylığı çərçivəsində, həmçinin 15 iyun –Milli Qurtuluş Günü ilə əlaqədar “Heydər Əliyev Azərbaycanda hüquqi islahatların banisidir” mövzusunda videokonfrans keçirilib. 

Videokonfransda Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov və Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri, bu sahədə qəbul edilmiş normativ sənədlər, dövlət proqramları, institutsional islahatlar barədə ətraflı məlumatlar veriblər.  Eyni zamanda, hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi islahatların önəmi diqqətə çatdırılıb, insan hüquqları və azadlıqlarının müdafiəsinin strateji prioritet kimi müəyyənləşdirildiyi vurğulanıb. 

Bunlarla yanaşı, Müvəkkilin təşəbbüsü ilə 18 may – 18 iyun tarixlərində həyata keçirilən İnsan Hüquqları Aylığının əhəmiyyəti, görülən tədbirlər diqqətə çatdırılıb. 

Videokonfransda çıxış edən Gənclər və İdman İdarələrinin nümayəndələri, həmçinin Sumqayıt, Abşeron, Qobustan, Ağsu, Şamaxı rayonlarından olan fəal gənclər mövzu ilə bağlı öz fikirlərini ifadə ediblər.

Tədbir interaktiv müzakirələrlə davam etdirilib.