Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İnsan Hüquqları Aylığı çərçivəsində növbəti videokonfrans keçirilib

16-06-2020 389 dəfə oxunub
İnsan Hüquqları Aylığı çərçivəsində növbəti videokonfrans keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə İnsan Hüquqları Aylığı çərçivəsində videokonfrans keçirilib.

Videokonfransda Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lerik RİH başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lerik rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı insan hüquq və azadlıqları ilə bağlı qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verilib, ölkəmizdə bu sahədə görülən işlərin, həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. 1995-ci il 12 noyabr tarixində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında maddələrin üçdə bir hissəsinin insan hüquq və azadlıqlarına həsr edildiyi, ölkəmizdə bu istiqamətdə mütərəqqi tədbirlərin həyata keçirildiyi qeyd edilib. Vurğulanıb ki, son illərdə ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrin bir çoxu insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlib.

Z.İsmayılov çıxışında Ombudsmanın insan hüquqlarının təmin olunması istiqamətində çoxşaxəli fəaliyyəti barədə məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.