Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Gənclərin iştirakı ilə keçirilən növbəti onlayn tədbir distant təhsilin tətbiqi mövzusuna həsr olunub

12-06-2020 10824 dəfə oxunub
Gənclərin iştirakı ilə keçirilən növbəti onlayn tədbir  distant təhsilin tətbiqi mövzusuna həsr olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində Gənclər və İdman Nazirliyi ilə birgə onlayn formada “Gənclərin hüquqları” adlı silsilə maarifləndirmə tədbirləri davam edir.   

Ombudsman Aparatının, Yasamal Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə, Yasamal, Nəsimi, Qaradağ Rayon Gənclər və İdman İdarələrinin iştirakı ilə gənclərlə növbəti onlayn görüş keçirilib.

“Pandemiya dövründə təhsil müəssisələrində distant təhsilin əhəmiyyəti” mövzusuna həsr olunmuş görüşdə Ombudsman Aparatının əməkdaşları Müqalib Mahmudov, Lamiyə Zeynalova və Aydan Talıbova, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov, Bakı Dövlət Universitetinin prorektoru, professor İradə Əliyeva, Kimya fakültəsinin dekanı, professor Abdulsəid Əzizov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Yasamal Rayon  Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev, Bakı Avropa liseyinin İKT üzrə direktor müavini Rahilə Əliyarzadə, habelə ali və orta ixtisas təhsili müəssiələrində təhsil alan bir sıra ictimai fəal gənclər iştirak ediblər.

Tədbiri Yasamal  Rayon Gənclər  və İdman İdarəsinin  rəisi İlham Səfərov giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və mövcud pandemiya şəraitində ölkəmizdəki bütün təhsil ocaqlarında distant təhsilin tətbiqinə keçidin təmin edilməsinin çox aktual və vacib bir məsələ olduğunu diqqətə çatdırıb.

Ombudsman Aparatının sektor müdiri M. Mahmudov “Təhsil hüququ insan hüquqlarından biri kimi” mövzusunda məruzə ilə çıxış edərək ilk növbədə tədbir iştirakçılarını Müvəkkil xanım Səbinə Əliyevanın adından salamlayıb, qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü və 18 iyun - İnsan Hüquqları Günü münasibətilə təbriklərini, xoş arzularını çatdırıb. Ombudsmanın təşəbbüsü ilə cari il mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında müxtəlif mövzularda, o cümlədən gənclərin təhsilhüquqlarının müdafiəsi, karyera imkanlarının genişləndirilməsi məsələlərinə həsr edilən onlayn formada silsilə hüquqi maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, pandemiya dövründə distant təhsilin əhəmiyyəti və onun təkmilləşdirilməsi zərurəti barədə interaktiv müzakirələrin aparıldığını bildirib.

M.Mahmudov daha sonra insan hüquqları sistemində əsas yerlərdən birini tutan gənclərin təhsil hüquqlarının təmini baxımından  mühüm rola malik olan qanunvericilik aktlarının distant təhsilin səmərəli tətbiqi baxımından təkmilləşdirilməsi perspektivləri, qüvvədə olan strategiyaların, dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı tədbirlər planları və onların icrası ilə sahəsində görülən işlər barədəfikirlərini bildirib, ölkə Ombudsmanın təhsil hüququnun təmini sahəsindəki fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Təhsil Nazirliyinin sektor müdiri Y.Ömərov “Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş təhsilalma formaları” adlı məruzəsində pandemiya dövründə tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması olan distant təhsilin təşkili ilə bağlı görülən işlər, bu sahədə mövcud çətinliklər və onların aradan qaldırılması istiqamətində qarşıda duran vəzifələrdən danışıb. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru R.Cabarov isə “Distant təhsildə İKT-nin rolu” adlı məruzəsində təmsil etdiyi qurumun distant təhsilin həyata keçirilməsi zamanı yaranan texniki problemlərin səbəbləri və onların aradan qaldırılması yolları barədə fikirlərini bildirib. 

Tədbirdə Bakı Dövlət Universitetinin prorektoru, professor İ.Əliyeva və digər təhsil mütəxəssislərinin də fikirləri dinlənilib, canlı yayıma qatılan gənclərin distant təhsillə bağlı sualları cavablandırılıb.