Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Şəkidə virtual “Son zəng” tədbiri keçirilib

11-06-2020 378 dəfə oxunub
Şəkidə virtual “Son zəng” tədbiri keçirilib

Bu günlərdə Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə virtual “Son zəng” tədbiri keçirilib. Məktəb kollektivi ilə yanaşı virtual son zəng tədbirində Şəki şəhər Təhsil şöbəsinin müdiri, Şəki şəhər İcra Hakimiyyətinin nümayəndəsi, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzinin əməkdaşı Elman İmamverdiyev iştirak edib.

E.İmamverdiyev tədbir iştirakçılarını Ombudsman Səbinə Əliyevanın adından 15 iyun – Milli Qurtuluş günü və son zəng günü ilə əlaqədar təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun tarixinin respublikamızda “Milli İnsan Hüquqları Günü” kimi qeyd olunduğu, bununla bağlı bu il də 18may-18 iyun tarixlərində ölkədə Ombudsmanın təşəbbüsü ilə “İnsan Hüquqları Aylığı” elan edildiyi, bu məqsədlə aidiyyatı dövlət qurumları, mərkəzi və yerli icra hakimiyyəti orqanları, elm-təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri hökumət təşkilatları, kütləvi informasiya vasitələri tərəfindən ölkənin bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı onlayn silsilə tədbirlər keçirildiyi bildirilib. 

Uşaq hüquqlarının müdafiəsinin də Müvəkkilin diqqət mərkəzində olduğunu söyləyən E.İmamverdiyev Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli məktəbin Ombudsman təsisatının Təhsil Nazirliyi ilə birgə Uşaq Hüquqları üzrə Pilləli Tədris Proqramının uğurla həyata keçirildiyi ilk məktəblərdən biri olduğunu iştirakçıların diqqətinə çatdırıb.