Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi “İnsan hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirib

11-06-2020 400 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi “İnsan hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirib

Ombudsmanın Gəncə Regional Mərkəzi, Şəmkir rayon Gənclər və İdman Baş İdarəsi və Şəmkir rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı, Şəmkir rayonundan olan gənclərin geniş iştirakı ilə İnsan Hüquqları Aylığı çərçivəsində “İnsan hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov hər il olduğu kimi 18 iyun İnsan Hüquqları günü ərəfəsində 18 may - 18 iyun tarixlərində Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə “İnsan Hüquqları Aylığı” elan olunduğunu bildirib. S.Abbasov qeyd edib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş müvafiq qərarlara əsaslanaraq ölkədə kütləvi tədbirlərin keçirilməsi təxirə salındığından aylıq çərçivəsində əhali qruplarının hüquqi maarifləndirilməsi işləri canlı təmas olmadan, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə həyata keçirilir. O, həmçinin bildirib ki, Ombudsman təsisatı tərəfindən “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının 5.6-cı bəndinə əsasən gənclərin insan hüquqları, gender bərabərliyi, ekologiya və s. məsələlər üzrə maarifləndirilməsi istiqamətində də müntəzəm olaraq tədbirlər həyata keçirilir.

Onlayn tədbirdə S.Abbasov gənclərə insan hüquqlarının müdafiəsinin milli və beynəlxalq mexanizmləri barədə ətraflı məlumatlar verərək, həmin mexanizmlərə, xüsusilə də Ombudsman Aparatına müraciət etmək qaydaları, Müvəkkilin səlahiyyətləri, qaynar xətt nömrələri, regional mərkəzlərin ünvanları barədə ətraflı məlumat verib.

Görüş zamanı iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.