Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən “Mənin hüquqlarım” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib

27-05-2020 202 dəfə oxunub
Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən “Mənin hüquqlarım” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən Zaqatala rayonunun Aşağı Tala kənd 1 saylı tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə “Mənin hüquqlarım” mövzusunda onlayn hüquqi maarifləndirmə tədbiri keçirilib. 

Tədbirdə Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov iştirakçıları Ombudsman Səbinə Əliyevanın adından salamlayıb, Müqəddəs Ramazan Bayramı və 28 may - Respublika günü ilə əlaqədar təbriklərini çatdıraraq bildirib ki, 18 may - 18 iyun tarixlərini əhatə edən "İnsan Hüquqları Aylığı" çərçivəsində insan hüquqları, o cümlədən sağlamlıq hüquqlarının təbliği istiqamətində onlayn görüşlərin, videokonfransların və s. tədbirlərin keçirilməsi nəzərdə tutulub.

İştirakçılara ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlər, həyata keçirilən islahatlar, o cümlədən uşaq hüquqlarının qorunması istiqamətində atılan addımlar, bu sahədə dövlətimizin qoşulduğu beynəlxalq sənədlər, habelə milli qanunvericilik aktları barədə məlumat verilib.