Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupu 10 saylı sanatoriya tipli internat məktəbində monitorinq keçirib

17-11-2023 281 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupu 10 saylı sanatoriya tipli internat məktəbində monitorinq keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində Milli Preventiv Qrupu 10 saylı sanatoriya tipli internat məktəbində monitorinq keçirib.

Monitorinq zamanı yeməkxana, yataq, tibbi və psixoloji yardım və digər inzibati otaqlara baxış keçirilib. Müəssisədə qida məhsullarının saxlanılması və menyuya uyğun tərtib olunması, tibbi və psixoloji xidmətlərin göstərilməsi, yataq otaqlarında çarpayıların müvafiq standartlara uyğun yerləşdirilməsi və digər məsələlərin təkmilləşdirilməsinə dair tövsiyələr verilib.

Yekunda Ombudsmanın təşəbbüsü ilə hazırlanmış, uşaq müəssisələrində yaşayan və tərbiyə alan uşaqların inkişafına xidmət edən, onların hüquqlarının sadə izahını nəzərdə tutan “Hüquqlarını bil” adlı maarifləndirici çap vəsaitin təqdimatı keçirilib. Vəsait müəssisə əməkdaşları və uşaqlara təqdim olunub.