Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Sağlamlığın qorunması hüququ” mövzusunda regional videokonfrans keçirib

27-05-2020 222 dəfə oxunub
Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Sağlamlığın qorunması hüququ” mövzusunda regional videokonfrans keçirib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi və Cəlilabad rayon Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə 18 may -18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində “Sağlamlığın qorunması hüququ” mövzusunda 9 rayonun iştirakı ilə regional videokonfrans keçirilib.

Videokonfransda Cəlilabad rayon Gənclər və İdarəsinin rəisi Elçin Hüseynov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lerik RİH başçısının müavini Arzu Vəliməmmədova, DQDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Biləsuvar RTŞ-nın müdiri Aqşin Bağırov, Biləsuvar rayon Gənclər və İdman idarəsinin rəisi Azad Quliyev, Biləsuvar rayon Dövlət Rəsm Qalereyasının direktoru Rövşən Cənnətov, Cənub ARB TV-nin departament rəhbəri İsmayıl Cəfərli, Yardımlı rayon Gənclər və İdman idarəsinin rəisi Anar Alışov, Cəlilabad Peşə Təhsil Mərkəzinin direktoru Etibar Sadıqov, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərov, Turan skaut dəstəsinin lideri Elçin Abbasov, "Şəfəq- ekoturizm" İB-nın sədri Vamiq Babayev, Türkiyə Cümhuriyyətində tibb sahəsi üzrə təhsil alan həkim İdrak Məmmədov, Lənkəran şəhər gənclər və İdman idarəsinin rəisi Mikayıl Cəfərzadə, Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov, Masallı RMİ Cəlilabad rayonu üzrə nümayəndə Elnur Atakişiyev, Cəlilabad Uşaq İncəsənət məktəbinin direktoru Fərhad Qurbanov, Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov, Lerik rayon Gənclər və İdman idarəsinin rəisi Natiq İsaqov, Neftçala rayon Gənclər və İdman idarəsinin rəisi Yalçın Miriyev, Bakı şəhəri Xətai rayon 54 saylı məktəbin müəllimi Samirə İsmayılova, Cəlilabad KOB dostu Aqil Qurbanov, əməkdar məşqçi Qadir Babayev, DQDK Lənkəran ərazi şöbəsinin əməkdaşları Emin Həmidli, Turan Həsənov və Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları Xalid Şəmili, Mirkamran Mənsimli, Cəlilabad rayon Gənclər və İdman idarəsinin əməkdaşları Vüqar Cavadov və Elmar İbadlı, Salyan rayon Gənclər və İdman idarəsinin əməkdaşı Əlişir Əliyev iştirak ediblər.

Tədbir iştirakçılarını Müvəkkil Səbinə Əliyevanın adından salamlayan Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilib. Təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci 18 iyun il tarixli Sərəncamına əsasən, insan hüquqlarına dair ilk strateji sənədin qəbul edildiyi 18 iyun tarixi respublikamızda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu əlamətdar gün ərəfəsində Ombudsmanın təşəbbüsü ilə hər il olduğu kimi bu il də insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyininin zəruriliyini diqqətə çatdırmaq məqsədilə 18 may - 18 iyun tarixlərində ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan olunub. 

Diqqətə çatdırılıb ki, əhali qruplarının hüquqi maarifləndirilməsi, xüsusilə də sağlamlıq hüquqlarının təbliğinə əsaslanan məlumatlandırma tədbirləri müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə həyata keçirilir. Ombudsmanın Cəlilabad Regional Mərkəzi də Müvəkkilin tapşırığına əsasən “İnsan Hüquqları Aylığı”çərçivəsində “Sağlamlıq hüququnun qorunması” mövzusunda dövlət qurumları və QHT-lərlə birgə regional videokonfranslar keçirir.

Z.İsmayılov bildirib ki, sağlamlığın qorunması hər kəsin fiziki sağlamlığının möhkəmləndirilməsi, uzunmüddətli həyat fəaliyyətinin təmin edilməsi, müvafiq tibbi yardımın göstərilməsi və digər mühüm tədbirlər sisteminin məcmusundan ibarətdir. O qeyd edib ki, sağlamlığın qorunması hüququ əsas hüquqlardan biri kimi Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt, digər beynəlxalq sənədlər, Azərbaycan Respublikasının Konstitusiyası və bu hüquqla bağlı digər qanunvericilik aktlarında geniş şəkildə təsbit edilib. 

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov Müvəkkilin ölkəmizdə xüsusi karantin rejimi dövründə bütün əhali qruplarınun hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyət barədə videokonfrans iştirakçılarına məlumat verib. 

Videokonfrans iştirakçıları müzakirə olunan mövzunun əhəmiyyətini qeyd edərək ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində mühüm tədbirlərin həyata keçirilməsindən bəhs ediblər, təmsil etdikləri qurumların pandemiya dövründə fəaliyyəti barədə məlumat veriblər.