Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı aztəminatlı ailələrə ərzaq yardımları edib

16-04-2020 225 dəfə oxunub
Ombudsman Aparatı aztəminatlı ailələrə ərzaq yardımları edib

Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən izolyasiya tədbirləri ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın çağırışlarına qoşularaq sosial baxımdan həssas əhali qrupuna aid edilən insanlara dəstək aksiyasına qoşulanların əhatə dairəsi genişlənməkdə davam edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı da həmin xeyirxah aksiyaya qoşularaq paytaxtda və regionlarda aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı tənha yaşlı insanlara, eləcə də tənha yaşayan və özünəqulluq qabiliyyəti olmayan əlilliyi olan şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılmasını təşkil etməklə onlara dəstək göstərir.
Ayrı-ayrı vətəndaşlar və korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müxtəlif özəl şirkətlər, fərdi sahibkarlar tərəfindən sosial baxımdan həssas əhali qruplarından olan insanlara mövcud imkanlar daxilində maddi və mənəvi dəstəyin göstərilməsi onların rifah halının yaxşılaşması və xüsusi karantin rejiminin tətbiq olunduğu hazırkı şəraitdə mühüm əhəmiyyətə malik “Biz birlikdə güclüyük”, “Evdə qal – Sağlam ol” və digər bu kimi şüarlarla həyata keçirilən kampaniyanın geniş təbliği baxımından çox önəmlidir.

Bir daha ölkə ictimaiyyətinə müraciət edərək onları sosial baxımdan həssas əhali qruplarından olan insanlara diqqət və qayğının bariz təzahürü olan bu kimi xeyirxah aksiyalarda fəal iştirak etməyə çağırırıq.

Biz birlikdə güclüyük, evdə qalın və sağlam olun!