Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman təsisatı tərəfindən #evdəqal həştəqi ilə videoçarx hazırlanıb

12-04-2020 241 dəfə oxunub
Ombudsman təsisatı tərəfindən #evdəqal həştəqi ilə videoçarx hazırlanıb

Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın çağırışlarına uyğun olaraq, yeni növ koronavirus (COVID - 19) infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə həyata keçirilən #evdəqal maarifləndirmə kampaniyası çərçivəsində Ombudsman təsisatında çalışan əməkdaşların övladlarının iştirakı ilə videoçarx hazırlanıb. 

“Evdə qal – Sağlam ol” və “Biz birlikdə güclüyük” şüarları ilə videoçarxın hazırlanmasında məqsəd insanları xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ciddi bir zəruriyyət olmadığı halda evdən çıxmamağa səsləməkdən ibarətdir.

Videoçarxvasitəsilə diqqətə çatdırılıb ki, biz özümüzün, ailə üzvlərimizin, yaxınlarımızın,dostlarımızın, bütövlükdə isə xalqımızın həyatı və sağlamlığı üçün yarana biləcək təhlükəni yalnız bu çağırışlara qoşularaq evdə qalmaqla aradan qaldıra bilərik. Bununla belə hesab edirik ki, gələcəyimiz olan uşaqların evdə qaldıqları dövrdə dərslərinə diqqət yetirmələri, mütəaliə etmələri, imkan daxilində idmanla bərabər incəsənətlə də məşğul olmaları və asudə vaxtlarını səmərəli keçirmələri çox vacibdir. 

Buna görə də dövlətimizin ali məqsədi olan insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən Ombudsman təsisatı olaraq bir daha hər kəsi hökumət tərəfindən aparılan sosial izolyasiya tədbirlərinə ciddi riayət etməklə məsuliyyətli və nümunəvi davranış nümayiş etdirməyə, eyni zamanda uşaqların hüquqlarına hörmətlə yanaşmağa çağırırıq.

 

Aşağıdakı linkə keçid edərək videonu izləyə bilərsiniz:

 

https://www.facebook.com/ombudsman.az/videos/1148719708797564/

 

#Evdəqal#Sağlamol#Bizbirlikdəgüclüyük