Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ölkə Prezidenti növbəti dəfə əfv sərəncamı imzalayıb

06-04-2020 236 dəfə oxunub
Ölkə Prezidenti növbəti dəfə əfv sərəncamı imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 06 aprel 2020-ci il tarixdə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq,176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. 

Qeyd olunmalıdır ki, bu əfv sərəncamı ilə 10 məhkum Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən Ombudsman tərəfindən verilən müraciətlər nəzərə alınmaqla azadlığa buraxılıb. 

Müstəqillik dövründə Azərbaycanda ümumilikdə 66 əfv sərəncamı imzalanmış, 11 amnistiya aktı qəbul edilmişdir.