
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda onlayn elmi-nəzəri konfrans keçirəcək.
Konfransın materialları əsasında məqalələr toplusu nəşr olunacaq. İştirak üçün təqdim olunan materiallar 2020-ci il may ayının 5-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilməlidir.
Məqalələrə dair tələblər:
Məqalələr üç dildə - Azərbaycan, rus və ya ingilis dilində qəbul edilir.
Məqalələrin həcmi 5 səhifədən az olmamalıdır.
Məqalələrdə müəllif(lər)in adı, soyadı, işlədiyi təşkilat, təhsil aldığı müəssisə, müəllifin elektron poçt ünvanı və əlaqə telefonu göstərilməlidir.
Məqalələr Microsoft Word formatında təqdim edilməlidir, sətirlərarası interval − 1,5, şrift ölçüsü − 12.
Məqalələrin göndəriləcəyi elektron poçt:
E-mail: durdana_mammadova@constcourt.gov.az
Əlaqə telefonları: 050-216-02-07, 050-584-88-33