Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı "COVID-19" infeksiyasına qarşı mübarizə üzrə dəstək kampaniyasına qoşulub

22-03-2020 182 dəfə oxunub
Ombudsman Aparatı "COVID-19" infeksiyasına qarşı mübarizə üzrə dəstək kampaniyasına qoşulub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulur və bu ümummilli məsələdə dövlətin həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərini,  atdığı qətiyyətli addımları dəstəkləyərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30000 AZN məbləğində vəsait köçürür.

Həmçinin, bütün insanları infeksiyaya qarşı preventiv tədbirlərin şərtlərinə ciddi əməl etməyə çağırırıq. Bütün dünyanın koronavirusa qarşı mübarizə apardığı bu dövrdə xalqımız həmrəy olmalı, müvafiq göstəriş və tövsiyələrə tam riayət etməlidir.