Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ombudsmanın Şəki Regional Mərkəzində olub

18-03-2020 190 dəfə oxunub
Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ombudsmanın Şəki  Regional Mərkəzində olub

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Şəki Regional Mərkəzində Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros və səfirin mədəniyyət məsələləri üzrə müşaviri cənab Jeron Kelle ilə görüş keçirilib. 

Görüşdə səfirə regional mərkəzin rəhbəri Pərviz Məmmədov tərəfindən Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi və təbliği istiqamətində fəaliyyəti, insanların qəbulu və müraciətlərin yerlərdə araşdırılması prosesi barədə məlumat verilib. 

Vurğulanıb ki, Ermənistanın torpaqlarımızın iyirmi faizini işğal etməsi nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş, bütün fundamental hüquqları pozulmuş və Şəki Regional Mərkəzinin əhatə etdiyi ərazilərdə məskunlaşmış məcburi köçkünlərlə mütəmadi olaraq görüşlər keçirilir.     

Görüşlə əlaqədar təşəkkürünü bildirən və qarşılıqlı fikir mübadiləsinin əhəmiyyətindən bəhs edən səfir Zakari Qros Fransanın Milli İnsan Hüquqları İnstitutunun fəaliyyəti haqqında məlumat verib. O, Ombudsman Aparatının Şəki Regional Mərkəzinin əməkdaşlarına insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətlərində uğurlar arzulayıb.