Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrup tərəfindən 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə başçəkmə həyata keçirilib

16-03-2020 210 dəfə oxunub
Milli Preventiv Qrup tərəfindən 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Buzovna qəsəbəsində yerləşən 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə başçəkmə həyata keçirilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, habelə daxil olmuş müraciətlərin araşdırılmasından ibarət olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlanma şəraiti ilə bağlı müəssisənin bütün obyektlərinə, o cümlədən yataq otaqlarına, asudə vaxtın təşkili üçün nəzərdə tutulmuş yerlərə, yeməkxanalara, mətbəxə və ümumi əraziyə baxış keçirilib. Burada saxlanma şəraitinin müvafiq standartlara uyğun olduğu müəyyən edilib. 

Rəftar məsələlərinin araşdırılması məqsədilə bu sosial müəssisədə yaşayan sakinlərlə, habelə müəssisə rəhbərliyi və əməkdaşları ilə fərdi söhbət aparılıb, mövcud vəziyyət öyrənilib.

Başçəkmənin sonunda MPQ-nin üzvləri tərəfindən müəssisə rəhbərliyinə və əməkdaşlarına saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib. 

Başçəkmənin nəticəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunub.