Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Silahlı Qüvvələrin Baş Klinik Hospitalına baş çəkiblər

26-02-2020 226 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Silahlı Qüvvələrin Baş Klinik Hospitalına baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun baş məsləhətçisi Adil Hacıyev Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi ilə birgə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalına başçəkmə həyata keçiriblər. 

Başçəkmə zamanı hospitalın bölmələrinə, maddi-təminat obyektlərinə, eləcə də mətbəxə, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, həkimlər və burada müalicə alan hərbi qulluqçularla fərdi söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. 

Ombudsman Aparatının nümayəndələri göstərilən tibbi xidmətin səviyyəsindən və müalicə işinin səmərəli təşkilindən razılıqlarını ifadə ediblər.