Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının nümayəndələri Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinə baş çəkiblər

26-02-2020 226 dəfə oxunub
Ombudsman Aparatının nümayəndələri Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinə baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun baş məsləhətçisi Adil Hacıyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının səlahiyyətli nümayəndəsi ilə birgə N saylı hərbi hissəyə başçəkmə həyata keçiriblər. 

Başçəkmə zamanı hərbi sirr təşkil etməyən bütün obyektlərə baxış keçirilib, şəxsi heyətlə hüquqi maarifləndirmə istiqamətində fərdi və kollektiv söhbətlər aparılıb. Hərbçilərin məişət şəraiti, əşya, ərzaq və tibbi təminatının təşkili üçün görülən işlər müsbət qiymətləndirilib.