Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman 17 Fevral - Təmənnasız Xeyirxahlıq İfadəsi Gününə  həsr olunmuş tədbirdə iştirak edib

18-02-2020 239 dəfə oxunub
Ombudsman 17 Fevral - Təmənnasız Xeyirxahlıq İfadəsi Gününə  həsr olunmuş tədbirdə iştirak edib

F.Köçərli adına Respublika Uşaq Kitabxanası və C.Hacıyev adına                   3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 və 5 nömrəli Xüsusi İnternat Məktəbinin şagirdlərinin iştirakı ilə 17 Fevral - Təmənnasız Xeyirxahlıq İfadəsi Gününə həsr olunmuş tədbir keçirilib“Yer üzünün günəşidir-xeyirxahlıq!” mövzusunda keçirilmiş tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iştirak edib. 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbirin əhəmiyyətindən, uşaqların xeyirxahlıq ideyalarını mənimsəməsinin önəmindən bəhs edib. 

Diqqətə çatdırılıb ki, tədbirin keçirilməsində məqsəd yüksək insani keyfiyyətlərdən olan xeyirxahlığı gələcək nəsillərə çatdırmaq, cəmiyyətdə uşaqların humanist ruhda böyüməsinə dəstək verməkdir. 

Tədbirdə çıxış edən Müvəkkil Səbinə Əliyeva uşaqları və digər iştirakçıları salamlayaraq onlara xoş arzularını çatdırıb. Ombudsman əlilliyi olan şəxslərin, o cümlədən uşaq və gənclərin hüquqlarının müdafiəsi və təbliği sahəsində dövlət səviyyəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Səbinə Əliyeva bu məsələnin Ombudsman təsisatının da daim diqqət mərkəzində olduğunu vurğulayıb. 

Konsert proqramında Sağlamlıq imkanları məhdud uşaqlar üçün                     5 nömrəli xüsusi internat məktəbinin şagirdi Səməd Novruzov, “Silent Communication” və 2 nömrəli xüsusi internet məktəbinin şagirdlərdən ibarət xor kollektivi də iştirak ediblər. Ümumilikdə, proqram üzrə 12 musiqi nömrəsi təqdim edilib. Sonda uşaqlara kitabxana tərəfindən təsis edilmiş “Göy Qurşağı” uşaq jurnalı hədiyyə olunub.