Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının üzvləri Ombudsman Aparatında olublar

05-02-2020 10940 dəfə oxunub
Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının üzvləri Ombudsman Aparatında olublar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” (AYNHA) ictimai birliyinin “Görüş klubu”nun üzvləri ilə görüş keçirilib. Tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Dövlət Universiteti, Kiyev və Xarkov Dövlət Universitetlərinin hüquq fakültəsinin tələbə və məzunları iştirak ediblər. 

Aparatın rəhbəri Aydın Səfixanlı görüş iştirakçılarını Ombudsmanın adından salamlayıb və təsisatın fəaliyyəti ilə tanış olmaq təşəbbüslərini yüksək dəyərləndirib. O, daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi xüsusi qayğıdan bəhs edərək, bu günlərdə ölkədə Azərbaycan Gəncləri Gününün qeyd olunduğunu xatırladıb və bildirib ki, ölkəmizdə gənclərin inkişafı və könüllülük fəaliyyətinə xüsusi diqqət yetirilir. O, Prezidentin 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ilə əlaqədar Sərəncam imzaladığını və Ombudsman Aparatında cari ildən könüllülərin fəaliyyətə başladığını vurğulayıb. 

Gənc hüquqşünasların dövlət müəssisələrində fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edən Aparat rəhbəri könüllü fəaliyyətin karyera baxımından önəminə diqqət çəkib. 

Görüşdə iştirakçılara Ombudsman təsisatının yaranma tarixi, fəaliyyət istiqamətləri, şikayətlərə baxılması qaydaları, qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər, Konstitusiya Məhkəməsinə sorğular barədə ətraflı məlumat verilib. 

Diqqətə çatdırılıb ki, Müvəkkil  tərəfindən irəli sürülən təkliflərin əksəriyyəti artıq nəzərə alınıb. A.Səfixanlı həmçinin İşgəncə əleyhinə Milli Preventiv Mexanizm funksiyası və informasiya əldə etmək sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət funksiyasının Müvəkkilə həvalə edilməsi və bu sahədə görülən işlər haqqında danışıb. Gənc hüquqşünaslar təsisatın vətəndaş cəmiyyəti institutları, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı, maarifləndirmə sahəsində uğurlu təcrübələri haqqında da məlumatlandırılıb. 

Görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.