Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri uşaq hüquqları ilə əlaqədar keçirilmiş tədbirdə iştirak edib

29-01-2020 264 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri uşaq hüquqları ilə əlaqədar keçirilmiş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional ərazi şöbəsi tərəfindən “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edib. 

S.Abbasov tədbir iştirakçılarını Müvəkkil Səbinə Əliyevanın adından salamlayaraq Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən birinin uşaq hüquqlarının təmini, müdafiəsi və bərpası olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, Müvəkkilə uşaqların hüquqlarının pozulması ilə bağlı ünvanlanmış şikayətlər təhlil edilir, həmin hüquqların bərpası istiqamətində işlər görülür. Bildirilib ki, Ombudsman Aparatı tərəfindən BMT-nin Uşaq Hüquqları  Konvensiyasının və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi məqsədilə hüquqi maarifləndirmə işinə böyük diqqət yetirilir, bu istiqamətdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. 

Tədbirdə uşaq hüquqlarının qorunması sahəsində Azərbaycanda görülən işlər diqqətə çatdırılıb və beynəlxalq təcrübə ilə əlaqədar fikir mübadiləsi aparılıb.