Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib

28-01-2020 171 dəfə oxunub
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki və Gəncə regional mərkəzləri seçki hüququ ilə əlaqədar tədbir keçiriblər. 

Qax rayonunun Qaratala kəndində Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşlarının və yerli icra qurumlarının nümayəndələrinin, sakinlərin iştirakı ilə “Seçki hüququ fundamental vətəndaş hüquqlarından biridir” mövzusunda keçirilən tədbirdə ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar ətraflı məlumat verilib. Tədbirdə Azərbaycan Respublikasının seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş islahatlar, seçki hüququnun prinsipləri, seçkilərlə bağlı vətəndaşların hüquq və vəzifələri barədə geniş məlumat verilib. 

Ombudsmanın Gəncə Regional Mərkəzi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə isə 9 fevral tarixində baş tutacaq parlament seçkilərində  ilk dəfə səs verəcək gənclərlə seçki hüququ üzrə maarifləndirici görüş olub. Tədbirdə Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müddəaları, səsvermə prosesinin təşkili, seçicilərin səsvermə günü etməli olduğu hərəkətləri, seçki hüquq pozuntusu ilə bağlı müraciət etmək qaydaları barədə iştirakçılara ətraflı məlumat verilib.  

Tədbirlərdə qeyd edilib ki, təsisatın əməkdaşları tərəfindən müstəqil müşahidəçilər qismində ölkədə keçirilən seçkilərin müşahidəsi aparılır.