Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Quba Regional Mərkəzi tədbir keçirib

30-12-2019 533 dəfə oxunub
Ombudsmanın Quba Regional Mərkəzi tədbir keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbirlər keçirib. 

Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil edilmiş tədbirdə müəsissənin rəhbərliyi, pedaqoji kollektivi və şagirdlər iştirak ediblər. 

Ombudsmanın  Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev əvvəlcə tədbir iştirakçılarını Müvəkkil Səbinə Əliyevanın adından salamlayaraq onun təbriklərini və xoş arzularını çatdırıb. 

Müvəkkil tərəfindən uşaq hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyi və təsisatda uşaqlara qarşı zorakılıq və digər hüquq pozuntularının vaxtında müəyyən edilərək araşdırılması məqsədilə yaradılan 916 qaynar xəttinin 24 saat fəaliyyət göstərdiyi vurğulanıb. Bildirilib ki, Ombudsmanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Bakı və regionlardakı orta ümumtəhsil məktəblərində 2009-2010-cu tədris ilindən etibarən Uşaq hüquqları üzrə pilləli tədris proqramı uğurla həyata keçirilir.

Müəssisənin əməkdaşları və şagirdləri Müvəkkilə xüsusi diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.  

Sonda şagirdlərin hazırladıqları səhnəciklər nümayiş etdirilib, rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib