Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Sağlam ailə-sağlam cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib

28-12-2019 558 dəfə oxunub
“Sağlam ailə-sağlam cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Lənkəran rayonunun Şirinsu və Qumbaşı kəndlərində “Sağlam ailə-sağlam cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.

İctimaiyyət nümayəndələrinin iştirak etdiyi bu tədbirlərdə DQİDK Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli və Tacəddin Sadıqov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, Liman şəhəri “Cümə” məscidi dini icmasının sədri Vidadi Qurbanzadə, Şirinsu kənd tam orta məktəbinin direktoru Xanlar Abasov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış ediblər. Z.İsmayılovun çıxışı “Ailə münasibətlərinin hüquqi tənzimi” və “Erkən nikahlar boşanmaların əsas faktorlarından biri kimi” mövzularına həsr olunub. 

Çıxışlar zamanı cəmiyyətimizdə sağlam ailə modelinin qorunmasının vacibliyi vurğulanıb, zərərli vərdişlərin qarşısının alınmasının ailə dəyərlərinin mühafizəsi baxımından mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Eyni zamanda, gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının zəruriliyi ilə bağlı fikirlər ifadə olunub. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.