Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının nümayəndəsi Azərbaycan Autizm Assosiasiyası tərəfindən keçirilən tədbirdə iştirak edib

27-12-2019 607 dəfə oxunub
Ombudsman Aparatının nümayəndəsi Azərbaycan Autizm Assosiasiyası tərəfindən keçirilən tədbirdə iştirak edib

Azərbaycan Autizm Assosiasiyasının cari ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov tədbirdə iştirak edib.                                 . 

Tədbiri giriş sözü ilə açan təşkilatın Baş katibi Azər Allahverənov il ərzində bir neçə dəfə Azərbaycan Stolüstü Tennis Federasiyası ilə turnirlərin, Atletika Federasiyası ilə idmanın atletika növü üzrə yarışların, Respublika Olimpiya Velosiped İdmanı Məktəbi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə velosiped yarışlarının təşkil olunduğunu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “İnklüziv idman tədbirlərinin təşkili vasitəsilə autizmli uşaqlarının tibbi-sosial reabilitasiyasına və sosiallaşmasına dəstəyin göstərilməsi” layihəsinin uğurla həyata keçirildiyini, Assosiasiyanın idmançılarının Gənclər və İdman Nazirliyi, Milli Paralimpiya Komitəsi və Xüsusi Olimpiya Komitəsinin keçirdiyi bütün tədbirlərdə fəal iştirak etdiyini, bu il ilk dəfə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə I Azərbaycan Autizm Festivalının keçirildiyini diqqətə çatdırıb.

Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov  təmsil etdiyi təsisat tərəfindən autizm sindromlu şəxslərin hüquqlarının müdafiəsi və təşviqi sahəsində görülmüş işlər, o cümlədən “Autizm sindromlu şəxslərə dövlət qayğısı haqqında” xüsusi qanunun, “Autizm sindromunun profilaktikası, müalicəsi, reabilitasiyası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın, “Autizm sindromlu şəxslərin registrinin yaradılması və aparılması Qaydası”nın və digər bu kimi mühüm əhəmiyyətə malik sənədlərin layihələrinin hazırlanaraq qəbul edilməsi ilə bağlı irəli sürülən təkliflər barədə ətraflı məlumat verib.