Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı ilə Prezident Kitabxanası arasında əməkdaşlıq müzakirə edilib

19-12-2019 539 dəfə oxunub
Ombudsman Aparatı ilə Prezident Kitabxanası arasında əməkdaşlıq müzakirə edilib

18 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri Azərbaycan Respublikası  Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olublar. Ombudsman Aparatının Ümumi şöbəsinin müdiri İbrahim Abdullayev, Sənədlərin icrasına nəzarət şöbəsinin müdiri Seymur Məmmədli, Ümumi şöbənin kitabxanaçı-arxiv qeydiyyatçısı Azadə Novruzova və Dəftərxana sektorunun baş mütəxəssisi Mətanət Eyvazova Prezident Kitabxanasının direktor müavini Kəmalə Sarıcalınskaya ilə görüşüblər.

Görüşdə kitabxananın fəaliyyəti ilə bağlı geniş məlumat verilib, qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən bəhs olunub. Gələcəkdə Ombudsman Aparatı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası arasında əməkdaşlığın uğurlu inkişafını təmin etmək məqsədilə bir sıra təkliflər irəli sürülüb.