Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüşlərdə iştirak edib

19-12-2019 539 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüşlərdə iştirak edib

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbərinin iştirakı ilə bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüşlər keçirilib. 

18 dekabr 2019-cu il tarixində Azərbaycan Texnologiya Universitetinin (UTECA) akt zalında Gəncə şəhər Gənclər və İdman Baş idarəsini təşkilatçılığı ilə keçirilən "Sənin səsin - sənin seçimin" adlı tədbirdə bələdiyyə seçkilərinin əhəmiyyətindən, səsvermə hüququ və gənclərin fəallığı məsələlərindən bəhs edilib. Tədbirdə rektor Akif Süleymanov, Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rəşad Əlizadə, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyasının sədri Elbar Əhmədov, Ağsaqqallar Şurası Gəncə şəhər Təşkilatının sədr müavini Hüseyn Vəliyev, UTECA İnzibatı idarəetmə və kommersiya kafedrasının müdiri, professor Füzuli Məmmədov və AMEA-nın Gəncə bölməsinin əməkdaşı, prezident təqaüdçüsü Elnur Həsənov çıxış ediblər.

19 dekabr 2019-cu il tarixində isə Ombudsmanın Gəncə regional mərkəzi və Tovuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tovuz rayon Gənclər Evinin akt zalında rayon sakinlərinin, bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərin iştirakı ilə “Seçki hüququnun həyata keçirilməsi” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib. Tədbirdə Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov, Tovuz rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruzər Rüstəmov, 105 saylı Tovuz seçki dairəsinin nümayəndəsi Püstə Pənahova çıxış ediblər. 

Tədbirlərdə diqqətə çatdırılıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 21.1-ci maddəsində qeyd edildiyi kimi, hər bir insan öz ölkəsinin idarə edilməsində bilavasitə yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir. Bunun üçün hər bir dövlət vətəndaşlarının seçki hüququnun həyata keçirilməsinə təminat yaratmalıdır. Azərbaycan Respublikasında bu cür təminatın əsası konstitusiyası ilə müəyyənləşib. Konstitusiyamızın 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Bu günə qədər ölkəmizdə keçirilmiş seçkilərdə müstəqil müşahidəçi kimi Ombudsman aparatının əməkdaşlarının da iştirak etdikləri, müşahidələrin nəticələrinə əsasən bütövlükdə seçkilərin demokratik və şəffaf keçirilməsi ilə bağlı yüksək təcrübənin olduğu bildirilib. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müddəaları, səsvermə prosesinin təşkili, seçicilərin səsvermə günü etməli olduğu hərəkətlər, seçki hüquq pozuntusu ilə bağlı müraciət etmək qaydaları barədə iştirakçılara ətraflı məlumat verilib.