Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib

12-12-2019 493 dəfə oxunub
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Ombudsman Aparatında tədbir keçirilib. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib. Ulu öndərin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rolu vurğulanıb.

Ombudsman Səbinə Əliyeva bildirib ki, böyük dövlət xadimi, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hüquqi islahatların banisi olduğunu qeyd edən Ombudsman “Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi, insan hüquqlarının müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planının qəbul olunması və bu kimi addımlar ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsini təmin etmişdir”- deyə vurğulayıb. O bildirib ki, Ümummilli liderin əsasını qoyduğu siyasət bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bütün istiqamətlərdə, o cümlədən insan hüquqları ilə bağlı islahatlar ardıcıl xarakter daşıyır.

Müvəkkilin Gəncə, Şəki, Cəlilabad və Quba Regional Mərkəzləri tərəfindən də tədbirlər təşkil olunub.