Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən erkən nikahın qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirilib

19-02-2024 1732 dəfə oxunub
Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən erkən nikahın qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə erkən nikahın qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Cənub Regional Mərkəzin rəhbəri Z.İsmayılov çıxışı zamanı Müvəkkil tərəfindən bu sahədə həyata keçirilən fəaliyyət, eləcə də erkən nikahların fəsadları, ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi istiqamətində gənclər arasında maarifləndirmə işinin əhəmiyyəti barədə məlumat verib.

Tədbirdə mövzu üzrə müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.