Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Gənclər gününə həsr edilmiş silsilə tədbirlər təşkil olunur

31-01-2019 412 dəfə oxunub
Gənclər gününə həsr edilmiş silsilə tədbirlər təşkil olunur

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən 2 fevral - Azərbaycan Gəncləri gününə həsr edilmiş silsilə maarifləndirmə tədbirləri təşkil olunur.

Belə ki, Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Tovuz rayonunun Gənclər Evi Sosial Xidmət Müəssisəsində, Şəki Regional Mərkəzi tərəfindən Mingəçevir şəhərində, Qəbələ rayonunun Qəmərvan kəndində və Şəki şəhər Fizika-riyaziyyat təmayüllü Liseydə, Cəlilabad Regional Mərkəzi tərəfindən Cəlilabad Tibb və Musiqi-İncəsənət məktəblərində, habelə Lənkəran şəhərində, Quba Regional Mərkəzi tərəfindən isə Qusar şəhər 6 saylı tam orta məktəbdə və bu regional mərkəzin ofisində dövlət qurumları əməkdaşlarının, təhsil işçilərinin, çoxsaylı gənclərin, yuxarı sinif şagirdlərinin, geniş ictimayət nümayəndələrinin iştirakı ilə tədbirlərin keçirilməsi silsilə şəklndə davam etdirilir.

Adı çəkilən regional mərkəzlərin rəhbərləri Ombudsmanın Gənclər günü münasibətilə təbriklərini və xoş arzularını iştirakçılara çatdırıblar. Onlar çıxış edərək, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxdığını, Ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı müvafiq Fərmana əsasən, bu tarixin Azərbaycan Gəncləri günü elan edildiyini, həmin vaxtdan etibarən ölkəmizdə təntənəli şəkildə qeyd edilməyə başlandığını vurğulayıblar.

Diqqətə çatdırılıb ki, respublikamızda gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti, ictimai fəallığı ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. 

Bildirilib ki, Ulu öndər Heydər Əliyevin yaratdığı təməl əsasında qurulmuş dövlət gənclər siyasəti onun layiqli varisi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək ardıcıl surətdə uğurla davam etdirilir. Bu istiqamətdə atılmış addımlar, görülmüş işlər bunun əyani sübutudur. Belə ki, görülən işlər nəticəsində həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, könüllülük hərəkatı genişlənmiş, 2012-ci il Avroviziya mahnı müsabiqəsi, 2015-ci il I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları nəticəsində isə daha böyük vüsət almışdır. 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır. Hazırda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı uğurla icra edilməkdədir ki, həmin proqramın əsas istiqamətlərindən biri də gənclərin insan hüquqları, gender bərabərliyi, ekologiya və digər məsələlər üzrə maarifləndirilməsidir. 

Son illər Bakıda və regionlarda istifadəyə verilən Gənclər evlərinin gənclərin maraq dairəsini genişləndirdiyi, asudə vaxtın mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaratdığı, bu baxımdan Gənclər evlərinin imkanlarından gənclərin insan hüquqları ilə bağlı məlumatlılığının artırılmasında istifadə edilməsinin faydalı ola biləcəyi diqqətə çatdırılıb.

Silsilə tədbirlərdə gənclərin müxtəlif istiqamətlərdə maarifləndirilməsi sahəsində işin nümunəvi təşkili üçün bir sıra aktual məsələlər iştirakçılar arasında müzakirə edilib, gənclərin zərərli vərdişlərdən, o cümlədən zərərli informasiyalardan qorunmasının əhəmiyyəti xüsusi vurğulanıb, region gənclərinin məşğulluğu və asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra təkliflər irəli sürülüb. 

Mütəmadi olaraq regionlarda təşkil edilən maarifləndirmə tədbirlərinə görə iştirakçılar tərəfindən Ombudsmana təşəkkürlər bildirilib.