Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları ENOC-un 23-cü illik konfransında iştirak ediblər

30-09-2019 359 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları ENOC-un 23-cü illik konfransında iştirak ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Protokol sektorunun müdüri Gülnar Rəhimova və Elmi-analitik sektorun əməkdaşı Lamiyə Zeynalova bu günlərdə Şimali İrlandiyanın Belfast şəhərində Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) 23-cü illik konfransında və Baş Assambleyasında Şəbəkənin üzvü kimi iştirak ediblər.

 "Rəqəmsal Mühitdə Uşaq Hüquqları" mövzusuna həsr edilmiş beynəlxalq tədbirə ENOC-a üzv seçilmiş ölkələrin uşaq hüquqları üzrə ombudsmanları və onların nümayəndələri, müşahidəçi qismində olan ombudsmanlar və məsul əməkdaşları qatılmışlar.

Qeyd olunmalıdır ki, Azərbaycan Ombudsman təsisatı İnnoçenti Tədqiqat Mərkəzinin tövsiyəsi ilə hələ 2008-ci ildə Avropa Uşaq Ombudsmanları Şəbəkəsinə üzv seçilmişdir. Ombudsman Elmira Süleymanova həmin qurumla əməkdaşlıq çərçivəsində uşaq hüquqlarına dair müxtəlif işçi qruplarının üzvü kimi, öz innovativ təşəbbüsləri və zəngin təcrübəsi ilə bu təşkilata öz töhfələrini verir. Belə ki, məhz Azərbaycan Ombudsmanının tövsiyəsi üzrə 2010-cu ildən başlayaraq, ENOC tərəfindən Avropa Gənc Məsləhətçilər Şəbəkəsinin (ENYA) layihəsi həyata keçirilməkdədir.

Adı çəkilən konfransda üzv təsisatların təmsilçiləri, o cümlədən təsisatımızın əməkdaşları illik fəaliyyətləri haqqında təqdimatla çıxış etmiş, mövcud millitəcrübə və qazanılmış nailiyyətlərhaqqında fikir mübadiləsi aparmış, eləcə də uşaq hüquqları sahəsindəbeynəlxalq və Avropa səviyyəsindəyeni inkişaf istiqamətləri haqqındaməlumat platforması yaratmışlar.

Ombudsman təsisatının əməkdaşları konfrans çərçivəsində həssas uşaqlar, təhsil və iştirak hüquqları, uşaqlara qarşı zorakılığın qarşısının alınması, uşaq hüquqlarının təşviqi, ailə və alternativ qayğı, sağlamlıq və rifah, rəqəmsal bacarıqlar və biliklər, kibercinayətə dair strategiya və s. mövzularında sessiyalarda da iştirak edərək, təmsil etdikləri qurumun bu istiqamətdə tutduğu mövqe və həyata keçirdikləri tədbirlər barədə məlumat vermişlər. 

Ötən illərdə Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) üzvləri ENYA layihələrində fəal iştirak etmiş, layihələr çərçivəsində bir sıra Avropa ölkələrindən həmyaşıdları ilə fikir mübadiləsi aparmış, habelə Fransanın, Paris və Strasburq, İspaniyanın Barselona, Şimali İrlandiyanın Belfast, Polşanın Varşava, Yunanıstanın Afina şəhərlərində keçirilən görüşlərdə fəal iştirak etmiş, müvafiq təqdimatlarla çıxış etmişlər.

Qeyd olunmalıdır ki, 23-cü illik konfransın yekun bəyanatı hazırlanmış, ENOC-un üzv dövlətlərindən olan Azərbaycan tərəfinin hərbi münaqişələr şəraitində əhalinin həssas qruplarından olan xüsusi qayğıya ehtiyaclı uşaqların hüquqlarının müdafiəsi ilə bağlı təklifləri nəzərə alınmış və bu bəyanatda öz əksini tapmışdır.