Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər.
Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.