Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Müvəkkilinin Gəncə Regional Mərkəzinin rəhbəri narkomaniya ilə mübarizəyə dair maarifləndirici tədbirdə iştirak edib

23-07-2019 10425 dəfə oxunub
Müvəkkilinin Gəncə Regional Mərkəzinin rəhbəri narkomaniya ilə mübarizəyə dair maarifləndirici tədbirdə iştirak edib

22 iyul 2019-cu il tarixdə Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhərində yerləşən hərbi hissəsində “Narkomaniya və digər zərərli vərdişlərə yox deyək!” mövzusunda keçirilən maarifləndirici tədbirdə iştirak edib.

Tədbirə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə Regional şöbəsinin əməkdaşları, Gəncə şəhər İdman və Gənclər Baş İdarəsinin əməkdaşları qatılıb. 

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirin əsgərlər arasında sağlam həyat tərzinin və hüquqi biliklərin təbliğinə bir töhfə olduğunu, bu istiqamətdə hərbi hissələrdə  kütləvi tədbirlərin keçirilməsinin önəmli olduğunu vurğulayıb. O, habelə, narkotik vasitələrin, siqaretin, spirtli içkilərin istifadəsi nəticəsində insan səhhətinə vurulan ölümcül fəsadlar barəsində əsgərlərə məlumat verib. 

Ombudsmanın nümayəndəsi zabit və əsgər heyətə narkomaniyanın mənfi tibbi və sosial, hüquqi nəticələri barədə ətraflı məlumat verərək, bu sahədə mövcud olan müvafiq qanunvericiliyin normalarını da onların diqqətinə çatdırıb.