Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrup tərəfindən dövlət uşaq müəssisələrində başçəkmələr davam etdirilir

09-10-2019 188 dəfə oxunub
Milli Preventiv Qrup tərəfindən dövlət uşaq müəssisələrində başçəkmələr davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Təhsil Nazirliyinin Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər. 

Başçəkmədə məqsəd bu müəssisədə təhsil alan və yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olmuşdur.

MPQ üzvlərinin və sosial iş sahəsində ekspertin də iştirak etdiyi başçəkmə zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, dərs və reabilitasiya otaqlarına, yeməkxanaya və mətbəxinə, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, ümumi əraziyə baxış keçirilmişdir.

Rəftar məsələlərinin araşdırılması məqsədilə təsadüfi seçim əsasında bu müəssisədə təhsil alan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə fərdi müsahibələr aparılmış və mövcud vəziyyət öyrənilmişdir.  

Ümumi ərazidə, sanitar qovşaqlarda təmir işlərinin aparılmasına, saxlanma şəraitinin yaxşılaşdırılmasına və işçilərin məlumatlılığının artırılması işinin təşkilinə ehtiyacın olduğu müəyyən edilmişdir.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən saxlanma şəraiti və rəftar məsələlərinə dair milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq hüquqları Konvensiyası əsasında müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər də aparılmışdır.