Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ölkəmizdə “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində regional dinləmələr davam etdirilir :Ombudsman BMT-nin Əhali Fondu ilə birgə Şəkidə növbəti regional konfrans keçirib

16-07-2019 10481 dəfə oxunub
Ölkəmizdə “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində  regional dinləmələr davam etdirilir :Ombudsman BMT-nin Əhali Fondu ilə birgə Şəkidə növbəti regional konfrans keçirib

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsüilə ölkəmizdə“Qahirə+25” konfransına hazırlıq kampaniyasına start verilmişdir.Burada məqsəd “Qahirə+25” konfransınahazırlıq prosesində respublikamızın iqtisadi və sosial inkişafı, əhalinin problemlərinin həlli, habelə insan hüquqları sahəsində əldə etdiyi uğurlara əsaslanaraq insan hüquqları üzrə Milli Fəaliyyət Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla vəziyyətin daha da təkmilləşdirilməsi üzrə tövsiyələrin müzakirə olunmasıdır.

Məlum olduğu kimi, bu kampaniya çərçivəsində ilk olaraq Ombudsman BMT-nin Əhali Fondu ilə birlikdə Lənkəran şəhərində Ümumdünya Əhali gününə həsr edilmiş regional konfrans keçirmişdir.

 Hazırda adı çəkilən kampaniya uğurla davam etdirilir və Müvəkkil növbəti regional konfransı Şəki şəhərində keçirib. Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli MəclisinAilə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının, habelə Mingəçevir şəhərinin icra hakimiyyəti başçılarının müavinləri, təhsil və səhiyyə şöbələrinin rəhbərliyi, icmaların nümayəndələri, geniş ictimaiyyət, ağsaqqallar, fəal qadınlar, sahibkarlar, gənclər, QHT və KİV nünayəndələri iştirak edib. 

İlk olaraq, konfrans iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.Sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Ombudsman konfrans iştirakçılarını salamlayıb. O, bu günlərdə Şəkinin tarixi mərkəzinin və Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsimünasibətlə rayon sakinlərini və bütün xalqımızı təbrik edib, xoş arzularını bildirib.

Müvəkkil vurğulayıb ki, konfrans Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyinin qeyd olunduğu günlərdə keçirilir vəbu uzaqgörən dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizinhər zaman islahatlar və inkişafında yenimərhələyə yol açmışdır.

E.Süleymanova məruzə ilə çıxış edərəkÜmumdünya Əhali Gününün yaranma tarixindən məlumat verərək, 30 il bundan öncə 1989-cu ildə BMT-nin İnkişaf Proqramının İdarə Şurasının 11 iyul tarixini Ümumdünya Əhali günü kimi təsis etdiyini, ilk dəfə olaraq 1990-cı ildə qeyd edilən bu günün əsas məqsədinin dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyələrinin artırılması, onların problemlərinə xüsusi diqqət ayırmaqla bir çox istiqamətlərdə köklü irəliləyişlərə nail olmaqdan ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən,əhali inkişafınınqlobal platforması olan, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqa şəhərində keçirilmiş “Qahirə+5” konfransının məqsəd və məramları barədə geniş məlumat verib. Bildirilib ki, Qahirə Konfransının qarşıdakı illər üzrə müəyyən etdiyi proqramında demoqrafik problemlər, kişilərin və qadınların bərabər hüquqlarının təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi, qadınlara qarşı zorakılığın aradan qaldırılması, ailə məsələləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və körpə ölümü, təhsil və sağlamlıq hüquqları, yoxsulluğun aradan qaldırılması, əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların, gənclərin, ahılların hüquqları kimi problemlər önə çəkilmişdir. Bu məsələlərin hər zaman öz aktuallığını saxlaması, XXI əsr üçün müəyyən olunmuş BMT-nin Minilliyin İnkişaf Məqsədləri və 2016-2030-cu illər üçün nəzərdə tutulmuş Dayanıqlı İnkişaf Məqsədlərində də bəzilərinin öz əksini tapması Qahirə Konfransının və qərarlarının böyük əhəmiyyətini sübut edir. 

E.Süleymanova qeyd edib ki, ölkə Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquq və azadlıqlarınınAzərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi müəyyən edilməsi əhali problemlərinin həllinin möhkəm hüquqi bazaya söykəndiyini göstərir. 

Müvəkkil insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verərək vurğulayıb ki, məqsədi hər bir kəsin bərabərlik prinsipi əsasında bütün hüquqlarını təmin etmək naminə fərdlə dövlət arasında körpü rolu oynayaraq demokratik idarəetməni təkmilləşdirmək, dövlət qurumları tərəfindən insan hüquqlarının təmin olunması, qanunun aliliyinin bərqərar olunması yolu ilə sabitlik və hərtərəfli dayanıqlı inkişafa dəstək verməkdir və bu məqsədlə ölkənin bütün şəhər və rayonlarını əhatə edən sistemli, dinamik, müntəzəm iş aparılır.

Qahirə Konfransının vacib məsələlərindən olan gender bərabərliyinə nail olunması məsələsinə toxunan Ombudsman diqqətə çatdırıb ki, qadın sahibkarlığının inkişaf etdirilməsi, kiçik və orta bizneslərin yaradılması, qadınların özünüməşğulluq proqramlarına cəlb olunması, imkanlarının genişləndirilməsi nəticəsində onlara qarşı iqtisadi asılılıq və zorakılıq hallarının azalması ilə müşahidə olunur. Müxtəlif sahələrdə çalışan fəal və peşəkar qadınların imkanlarını genişləndirməyə şərait yaradan genderə həssas münasibətin təbliğinin aparılması, qərar qəbuletmə səlahiyyətləri barədə qadınların kifayət qədər məlumatlandırılması, onların seçkilərdə və ictimai həyatda fəallığının genişləndirilməsi sahəsində məsuliyyətinin artırılmasına imkan yaradan dialoq və əməkdaşlığın, həmçinin ətraf rayonları da əhatə etməklə regional sığınacaqların yaradılması üzrə təkliflər barədə söz açılıb. Ombudsman təsisatı tərəfindən qızların və oğlanların təhsilə cəlb olunmasının monitorinqi də aparılır və bu iş müntəzəm davam etdirilir.

Həmçinin keyfiyyətli səhiyyə xidmətlərinin əhali üçün əlçatanlığının təmin olunması, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə ölkəmizdə mütəmadi pulsuz tibbi müayinələrin həyata keçirilməsi, peyvəndlərin vurulması, əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin keçirilməsi və digər bu kimi işlər davam etdirilir. 

Diqqətə çatdırılıb ki, paytaxtda və regionlarda, məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə icma əsaslı xidmətin təşkili üzrə böyük müsbət təcrübədən istifadə etməklə reproduktiv sağlamlıq ailə planlaşdırılması üzrə məlumatlandırma işi davam etdirilməlidir. Ölkənin şəhər və rayonlarında olarkən xəstəxanalara və tibbi obyektlərə, doğum evlərinə baxışlar keçirilir və müvafiq qurumlara tövsiyələr verilir.

Müvəkkil BMT-nin İqtisadi və Sosial Şurası yanında ölkəmizin ilk və indiyədək yeganə Məsləhətçi Statuslu qadın qeyri-hökumət təşkilatı olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin prezidenti olduğu dövrdə Şəkidə özülü qoyulan, daha sonra Bakı və Sumqayıt şəhərlərində də icra olunan, ilk dəfə olaraq icma səviyyəsində reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə proqramların həyata keçirildiyini və  BMT-nin Əhali Fondunun o zaman icraçı direktoru olan xanım Nafis Sadıqın Bakıda olarkən bu layihəni yüksək qiymətləndirdiyini vurğulayıb. 

Ombudsman bildirib ki, 30 ilə yaxın davam edən erməni təcavüzü nəticəsində zəbt olunmuş torpaqlarımız və bir milyondan çox qaçqın və məcburi köçkünümüz olsa da, ölkədə mövcud olan sabitlik və inkişaf nəticəsində Azərbaycan beynəlxalq miqyasda bir çox göstəriciyə görə nəinki regionda, MDB-də, hətta dünya ölkələri sırasında öndər yeri tutmuşdur. 

Qeyd edilib ki, torpaqlarımızın geri qaytarılması, ədalətli sülhün imzalanması, habelə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ Müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması, yeni mənzillərin tikilməsi və paylanması, onların sosial məsələlərinin həll edilməsi, iş yerlərinin açılması və özünə məşğulluq imkanlarının artırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən davamlı işlər aparılır.Bu isə bütövlükdə respublikamızda əhalinin məmnunluğunun, hər bir ölkənin əsas sərvəti sayılan insan resurslarının inkişafı ilə bağlı görülən işlər, əldə edilmiş nailiyyətlər, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl və məqsədyönlü fəaliyyət ölkənin mühüm sosial-iqtisadi inkişafının göstəricisidir.

Eyni zamanda bəzi problemlərin və çətinliklərin olduğu, o cümlədən qlobal iqlim dəyişikliklərinin nəticəsində Azərbaycanın ekoloji vəziyyətinə və bununla da əhalisinə mənfi təsirgöstərdiyi, habelə erkən nikahların, boşanmaların artmasının yolverilməzliyi qeyd olunub. Həmçinin “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin vacibliyi diqqətə çatdırılıb. 

Bildirilib ki, erkən evliliklər, ana və uşaq sağlamlığı, cinsi yolla yoluxan xəstəliklər, İİV/QİÇS və narkomaniya problemlərinə kompleks şəkildə yanaşmaqla reproduktiv sağlamlığa və ailə planlaşdırılmasına nail olmaq olar.

Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı aktual mövzuya həsr olunmuş dəyərli konfransın təşkilinə və məzmunlu nitqinə görə Ombudsmana minnətdarlığını bildirib. O, müzakirə olunan Ümumdünya Əhali gününün əhəmiyyətini vurğulayıb, mövzu ilə əlaqədar fikir və mülahizələrini söyləyib. 

Millət vəkili ölkəmizdə müsbət addımların atıldığını, ailə, qadın və uşaq məsələlərinin dövlətin diqqətində olduğunu bildirib, bu sahədə müsbət statistik tendensiya barədə məlumat verib, qadınlara və uşaqlara xüsusi qayğı  göstərildiyini vurğulayıb.O, səmərəli əməkdaşlıq etdiyi Ombudsmanın daim insan hüquqları baxımından bu mövzulara böyük önəm verdiyini qeyd edərək, eyni zamandaailə planlaşması üzrə müvafiq işlərin aparılmasının, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinindaha da təkmilləşdirilməsinin və digər məsələlərin vacibliyini diqqətə çatdırıb.

Konfransda rayonların təmsilçilərinin də çıxışları və təklifləri dinlənilmişdir. Belə ki, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev,Zaqatala Rayon Təhsil Şöbəsinin müdiriHabil Qurbanov,OğuzRayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov, İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov,Mingəçevir Şəhər Ağsaqqallar Şurasının sədr müavini Mail İsmayılov, Balakən rayonundan olan sahibkar qadınXanım Zumayevavə digərləri konfransın əhəmiyyətini vurğulayaraq, təmsil etdikləri rayonlarda aparılan geniş sosial-iqtisadi inkişafa əsaslanan işlər, təhsil sahəsindəki uğurlar, sahibkarlığın, yerli əhalinin rifah halının yaxşılaşması barədə ətraflı məlumat veriblər.

Yekunda müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

 Şəki şəhərində interaktiv şəkildə keçirilən növbəti regional konfransda məzmunlu çıxışlar və iştirakçıların fəallığı ilə aparılan geniş müzakirələr zamanı Qahirə Proqramının da prioritetlərinə və məqsədlərinə uyğun olaraq, son 25 ildə dövlətimizin iqtisadi və sosial, habelə insan hüquqlarısahəsində inkişafı ilə əhalinin bütün qruplarını əhatə edən islahatlar yüksək dəyərləndirilmiş və belə tədbirlərin davamlı olmasının vacibliyi vurğulanmışdır.

Tədbir iştirakçıları bu cür səmərəli konfransa görə Müvəkkilə dərin təşəkkürlərini bildiriblər.

Hər bir rayon üzrə səlahiyyətli şəxslərə fəaliyyətlərini istiqamətləndirmək məqsədilə Qahirə Konfransının əsas məqsəd və məramlarını əks etdirən, habelə Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edən nəşrlər verilmişdir.

Bu kampaniya çərçivəsində növbəti konfrans Gəncədə keçiriləcəkdir.