Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

DTX-in Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilmişdir

12-07-2019 199 dəfə oxunub
DTX-in Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına  başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanınİşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilmişdir.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olmuşdur.

Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, içməli su təminatı, tibbi yardım, gəzinti, görüş və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri araşdırılmış, bu məqsədlə müəssisədə saxlanılan bir sıra şəxslər fərdi qaydada qəbul edilmişlər. 

Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilmiş, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunmuş, bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilmişdir.

Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə saxlanılan şəxslərin hüquqlarının təmini baxımından müəssisədə həyata keçirilən işlər müzakirə olunmuş, milli və beynəlxalq qanunvericiliyə uyğun tövsiyələr verilmişdir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən Milli Preventiv Mexanizm Fəaliyyəti çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə də görüş keçirilmiş və gələcəkdə birgə əməkdaşlıq barəsində müzakirələr aparılmışdır.