Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın əməkdaşları Ahıllar üçün günərzi qayğı mərkəzində maarifləndirmə tədbiri həyata keçirib

02-10-2019 238 dəfə oxunub
Ombudsmanın əməkdaşları Ahıllar üçün günərzi qayğı mərkəzində maarifləndirmə tədbiri həyata keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov və baş məsləhətçisi Emil Şəmmədli  Gəncə şəhərində fəaliyyətə başlayan  Ahıllar üçün günərzi qayğı mərkəzini ziyarət ediblər. Aparatın əməkdaşları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maiyyə yardımı ilə “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində Gəncə şəhərində fəaliyyətə başlamış Ahıllar üçün günərzi qayğı mərkəzinin şəraiti ilə yerində tanış olub və mərkəzin xidmətlərindən istifadə edən ahıllarla görüşərək vəziyyətləri ilə yaxından maraqlanıb. 

Diqqətə çatdırılıb ki, layihənin əsas məqsədi Gəncə şəhərində Ahıllar üçün günərzi qayğı mərkəzinin fəaliyyətinin təmin edilməsi, həmin şəxslərə  gündəlik inkişaf xidmətlərinin göstərilməsi, onlara psixoloji dəstəyin və məsləhətlərin verilməsi, maraq və qabiliyyətlərini nəzərə almaqla müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması, asudə vaxtlarının təşkili və bunlarla bağlı müxtəlif tədbirlərin təşkil edilməsidir. 

Aparatın əməkdaşları ahıllarla görüş zamanı onlara Müvəkkil Elmira Süleymanovanın salamlarını çatdıraraq təsisatının fəaliyyət istiqamətləri, müxtəlif kateqoriyadan olan, o cümlədən də ahıl vətəndaşların hüquqlarının müdafiəsi və diqqətdə saxlanılması sahəsində həyata keçirilmiş işlər barədə ətraflı məlumat veriblər. Bununla yanaşı onlara Ombudsman aparatının nəşri olan bukletlər paylanılıb. 

Görüş zamanı mərkəzin xidmətlərindən yararlanan ahıllar göstərilən diqqətə görə Ombudsmana dərin minnətdarlıqlarını bildiriblər.