Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Müvəkkilin nümayəndəsi Sağlamlıq Gününə həsr olunan tədbirdə işrirak edib

10-04-2019 182 dəfə oxunub
Müvəkkilin nümayəndəsi Sağlamlıq Gününə   həsr olunan tədbirdə işrirak edib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə birgə Ümumdünya Sağlamlıq Günü ilə bağlı keçirilən sağlamlıq həftəsi çərçivəsində Lənkəran şəhəri Qarışıq Tipli Uşaq Evində, İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada və Lənkəran rayonunun Girdəni kəndində yerləşən məktəbəqər müəssisədə "Sağlamlığın qorunması hüququ, sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərə SON DEYƏK!" mövzusunda  maarifləndirici tədbirlər keçirib. 

Keçirilən tədbirlərdə müəssisə əməkdaşları və uşaqlar iştirak edib. Müəssisə rəhbərləri çıxışlarında Ümumdünya Sağlamlıq Gününün yaranma tarixi, mahiyyəti və tədbirin mövzusunun əhəmiyyətini diqqətə çatdırıblar.  

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov çıxış edərək insanların  digər hüquqları kimi sağlamlığın qorunması hüququnun da mühüm hüquqlardan biri olduğunu vurğulayıb. Sağlamlığın qorunması hər kəsin fiziki sağlamlığının möhkəmləndirilməsi, uzunmüddətli həyat fəaliyyətinin təmin edilməsi, müvafiq tibbi yardımın göstərilməsi və digər mühüm tədbirlər sisteminin məcmusundan ibarətdir. Z.İsmayılov “Əhalinin sağlamlığının qorunması haqqında”, “Tibbi sığorta haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanunları, əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və digər mühüm müddəalar barədə danışıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkimi  Tural Kərimov tibbi-maarifləndirici mövzuda çıxış edərək, əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi, sağlam həyat tərzinin, sanitar-gigiyena qaydalarına riayət olunmasının, zərərli vərdişlərin insan sağlamlığına yaratdığı təhlükələr barədə geniş məlumatı iştakçıların diqqətinə çatdırıb. 

Tədbirin sonunda uşaqlar müvafiq tibbi müayinədən keçiblər. Sağlamlığında problem olan bir neçə uşaq isə sonrakı müayinə və müalicə üçün T.Kərimov tərəfindən nəzarətə götürülüb.