Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil edilib

19-03-2019 229 dəfə oxunub
Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bayramlarda və əlamətdar günlərdə bir ənənə olaraq, əhalinin həssas qruplarının, uşaq və ahılların hüquqlarının o cümlədən miqrantlara da xüsusi yanaşma göstərir, bu qəbildən olan insanların çətinliklərini, problemlərini öyrənir və həllində yardımçı olur.

Müvəkkil Novruz bayramı günləri ərəfəsində keçirilən tədbirlər çərçivəsində Ombudsman Aparatının nümayəndələri Bilgəh qəsəbəsində yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət məssisəsində, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə baş tutmuş və Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının və Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin  N saylı hərbi hissələrində təşkil olunmuş bayram tədbirlərində iştirak ediblər.

Aparatın nümayəndələri tədbirlərdə təsisatın insan hüquqları, o cümlədən uşaqların, qadınların və ahılların hüquqlarının təmin olunması və müdafiəsi sahəsində Müvəkkilin çoxşaxəli fəaliyyəti barədə ətraflı məlum verərək, qarşıdan gələn Novruz bayramı münasibətilə Ombudsmanın salamlarını, bayram təbriklərini və xoş arzularını iştirakçılara çatdırıblar. 

Qeyd olunmalıdır ki, bayramlar ərəfəsində silsilə tədbirlər Ombudsmanın Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzləri tərəfindən, habelə Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində, həmçinin Ahılların Resurs Mərkəzində də təşkil olunub.