Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Əmək hüquqları ilə bağlı seminar-müşavirədə Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri çıxış edib

20-02-2019 167 dəfə oxunub
Əmək hüquqları ilə bağlı seminar-müşavirədə Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri çıxış edib

Bu günlərdə Qubada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təşkil olunan “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları” mövzusunda regional seminar-müşavirədə İnsan Hüquqları üzrə Müvəkkilin Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev iştirak edib.

Seminar-müşavirdə ƏƏSMN-nin məsul əməkdaşıları çıxış edərək, ölkəmizdə iqtisadiyyatın bütün istiqamətləri üzrə köklü islahatlar aparıldığını diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan bu islahatlar qlobal iqtisadi böhranın ölkəmizə təsirini azaltmağa, idarəetməni çevikləşdirməyə və şəffaflıq mühitinin təmin olunmasına yönəlib. O cümlədən əhalinin məşğulluğunun təmini və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində köklü islahatlar həyata keçirilir.

Tədbirdə çıxış edən B.Əfəndiyev vurğulayıb ki, insanların əmək hüquqları da Müvəkkil Elmira Süleymanovanın çoxşaxəlı fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə aparılan işlərin keyfiyyətinin və səmərəliliyinin daha da artırılması məqsədi iləOmbudsman yanında “Biznes və İnsan Hüquqları” üzrə işçi qrupu uğurla fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, 25-dən çox dövlət qurumu və vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu həmin işçi qrupun fəaliyyəti nəticəsində çoxsaylı təkliflər hazırlanaraq aidiyyəti orqanlara təqdim olunmuş, nəticələrinin monitorinqi aparılmış, birgə təkliflər ümumiləşdirilərək müvafiq dövlət qurumlarına və ictimaiyyətin diqqətinə çatdırılmış, onlardan bəziləri normativ-hüquqi aktlara edilən dəyişikliklərdə, yeni dövlət proqramlarında nəzərə alınmışdır.

Seminar-müşavirə interaktiv müzakirələr şəraitində davam etdirilib.