Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrupun üzvləri müvəqqəti saxlama yeri və polis bölmələrinə başçəkmələr həyata keçirmişlər

21-12-2018 177 dəfə oxunub
Milli Preventiv Qrupun üzvləri müvəqqəti saxlama yeri və polis bölmələrinə başçəkmələr həyata keçirmişlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti saxlama yerinə, həmin RPİ-nin 29-cu Polis şöbəsi, 26 və 28-ci polis bölmələrinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirmişlər. 

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.

Müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılmış, bütün kameralara baxışlar keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılmış, mövcud ehtiyaclar öyrənilmişdir.

MSY-də saxlanılan, cinayət prosessual qanunvericiliyə uyğun olaraq həbs edilmiş şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilmiş, müraciətləri cavablandırılmış, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunmuş, hüquqi məsləhətlər verilmişdir. 

RPİ-nin həmin şöbə və bölmələrinə başçəkmələr çərçivəsində isə, araşdırma otaqlarına baxışlar keçirilmiş, müvafiq qeydiyyat jurnalları və sənədləşmə öyrənilmiş, məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış və tövsiyələr verilmişdir.

Başçəkmələrin yekunu Rayon Polis İdarəsinin rəhbərliyi ilə müzakirə olunmuş, MSY-nin əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirici söhbətlər aparılmış, sənədləşmənin aparılması işinin təkmilləşdirilməsi və müraciətlərin təmini məsələsi müzakirə olunmuş, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilmişdir.