Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Milli Preventiv Qrup tərəfindən dövlət uşaq müəssisələrinə başçəkmələr həyata keçirilmişdir

17-12-2018 167 dəfə oxunub
Milli Preventiv Qrup tərəfindən dövlət uşaq müəssisələrinə başçəkmələr həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Bakı şəhərində yerləşən 1, 2 və 3 saylı uşaq evlərinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirilmişdir. 

Başçəkmələrdə məqsəd bu müəssisələrdə yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaq hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olmuşdur.

Başçəkmələr zamanı hər üç müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, dərs, tibb, idman, əmək otaqlarına, yeməkxanaya və mətbəxə, ümumi əraziyə baxış keçirilmişdir.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisələrdə yaşayan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə söhbətlər aparılmış və mövcud vəziyyət öyrənilmişdir.

Bu müəssisələrdə saxlanma şəraiti və rəftar məsələlərinin qənaətbəxş olduğu müəyyən edilmişdir.

Başçəkmələrin yekununda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələri, o cümlədən Uşaq Hüquqları Konvensiyası əsasında uşaqlarla, müəssisə rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, uşaq hüquqlarının həyata keçirilməsi və təmininə diqqətin artırılması, bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilmişdir.