Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindənÜmummilli lider Heydər Əliyevin anım gününə və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 70 illiyinə həsr olunmuş tədbir keçirilib

13-12-2018 10372 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindənÜmummilli lider Heydər Əliyevin anım gününə və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 70 illiyinə həsr olunmuş tədbir keçirilib

Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyəti ilə birgə Şəmkir şəhər Gənclər Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım gününə və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 70 illiyinə həsr olunmuş “Azərbaycan Respbulikasında insan hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda  tədbir keçirilib. 

Hüquq mühafizə orqanları əməkdaşlarının, təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışanların, bələdiyyə üzvlərinin, QHT nümayəndələrinin, habelə fəal gənclərin iştirakı ilə keçirilmiş tədbiri giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ruhid Hacıyev Ümummilli lider Heydər Əliyevin anım gününün xalqımız tərəfindən hər il dərin hörmət və ehtiramla, xalq sevgisi ilə yad edildiyini,Ulu öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin hər bir vətəndaş üçün nümunə olduğunu qeyd edib, bu gün və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Şəmkir rayonunda təşkil edilən tədbirə görə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovaya təşəkkürünü bildirib.

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov  çıxışında qeyd edib ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ölkəmizin ictimai-siyasi həyatının hər bir sahəsində əsasını qoyduğu inkişaf siyasəti insan hüquq və azadlıqlarının müdafiəsi sferasında da uğurlu nəticələrini vermişdir. Ulu Öndərin rəhbərliyi ilə ilk Konstitusiyamızın 1995-cı ildə keçirilmiş referendum vasitəsilə qəbul edilməsi Azərbaycan hüquq sisteminin və bütövlükdə insan hüquqlarının müdafiəsi mexanizmlərinin də ən mütərəqqi standartlara uyğun formalaşmasına imkan vermişdir.  

Prezident Heydər Əliyevin insan hüquqları sahəsində 1998-ci ildə imzaladığı strateji sənədlər və bu sahəyə davamlı diqqət və qayğısı nəticəsində Azərbaycan Respublikası qısa müddət ərzində müasir beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu və demokratik dövlət kimi böyük nüfuz qazanmışdır. Əsasını Ümummilli liderin qoyduğu insan hüquqlarının qanunvericilikdə təsbiti və təmini siyasətinin bu gün ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə insan hüquqları sahəsində geniş məzmunlu dövlət proqramları və qanunvericilik aktlarının qəbul edildiyi, dövlət xidmətlərinin əhaliyə çatdırılmasında innovativ və müasir texnologiyalardan geniş istifadə olunduğu diqqətə çatdırılıb.

Tədbirdə həmçinin vurğulanıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının bu il 70 illiyinə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsinə qalx” çağırışı ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Raad Al Husseyn hamını bir illik ümumdünya kampaniyaya qatılmağa dəvət etmişdir. Bu mesajın mahiyyətində hüquq bərabərliyi, ayrı-seçkiliyə yolverilməzlik, hər bir kəsin iştirakı ilə əməkdaşlığın inkişafına çağırış durur. Bu yanaşmalar elə Azərbaycan təcrübəsində də kütləvilik və ictimai iştirakçılıqla həyata keçirilir.

Bildirilib ki, Ombudsman Elmira Süleymanova qeyd olunan ümumdünya kampaniyasını ölkəmizdə bəyan edərək, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin daha da artırılması istiqamətində bütün dövlət qurumlarını, beynəlxalq təşkilatları, yerli QHT-ləri, icmaları və KİV-ləri əməkdaşlığa və birgə fəaliyyətə dəvət etmişdir.

Tədbir iştirakçılarına Ombudsmanın insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb.