Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı dövlət qulluqçuları üçün mühazirə oxuyub

13-12-2018 10358 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı dövlət qulluqçuları üçün mühazirə oxuyub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova fəaliyyətinin ilk illərindən insan hüquqlarının müdafiəsi və təşviqi ilə yanaşı, bu sahədə çalışan dövlət qulluqçularının nəzəri və praktiki bacarıqlarının artırılması üzrə tədris müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Bu məqsədlə hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi üzrə kadr hazırlığını həyata keçirən tədris müəssisələri, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə yaradılmış səmərəli əməkdaşlıq əlaqələri genişləndirilir.

Bu əməkdaşlıq çərçivəsində növbəti mühazirə sözügedən Akademiyanın “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsində “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə təşkil edimiş ixtisasartırma kursunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Turan Cahangirova tərəfindən keçirilib. 

O, kursun iştirakçılarına müasir dövrün çağırışlarına uyğun insan hüquqları sahəsində aparılan islahatlar, onun xususiyyətləri və hədəfləri, habelə Ombudsman institutunun müxtəlif ölkələrdə təşəkkülü və inkişaf tarixi, ölkəmizdə bu təsisatın yaranma dövrü, digər sahələrlə yanaşı, miqrasiya sahəsinin ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması və normativ-hüquqi bazanın təkmilləşdirilməsində rolu, bu sahədə xarici ombudsmanlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verib. 

T.Cahangirova Müvəkkilin Dövlət Miqrasiya Xidməti ilə yanaşı digər əlaqədar dövlət qurumları və vətəndaş cəmiyyəti üzvləri ilə birgə ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Proqramın icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışıb.

Məruzə böyük maraqla qarşılanıb və dinləyicilərin sualları ətraflı cavablandırılıb.

Qeyd olunmalıdır ki, kurslara İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə yanaşı ,Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən umumilikdə 30 əməkdaş cəlb edilib.