Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Ombudsman Aparatında tədbir keçirilmişdir

12-12-2018 10356 dəfə oxunub
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Ombudsman Aparatında tədbir keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova hər il olduğu kimi, bu il də Ombudsman Aparatında Ümummilli liderimiz Heydər Əliyevin anım mərasimini təşkil etmişdir. 

Müvəkkil dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətləri diqqətə çatdıraraq, onun öz xalqını ən çətin vəziyyətlərdən çıxardığını, düzgün yol göstərdiyini, taleyüklü məsələlərin həllində daim müdrik məsləhətçi kimi çıxış etdiyini bildirmişdir. Ulu öndərin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rolu vurğulanmışdır.

“Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini söyləyən bu fenomen şəxsiyyətin ən böyük amalı müstəqil dövlətimizin davamlı inkişafına nail olmaq idi. Ümummilli liderin respublikamızın hər bir sahəsinin, iqtisadiyyat, elm, təhsil və mədəniyyətinin inkişafına, əhalinin bütün qruplarının hüquqlarının müdafiəsi və təmininə böyük diqqət göstərdiyi qeyd olunmuşdur. 

Müstəqillik, demokratiya yolu ilə irəliləyən xalqımız insan və vətəndaş hüquqlarının müdafiəsi, yeni institutların yaradılması sahəsində Heydər Əliyevin bünövrəsini qoyduğu qətiyyətli siyasətdən bəhrələnmiş, insan hüquqlarının müdafiəsində mühüm vasitə olan, Ulu öndərin banisi olduğumüstəqil fəaliyyət göstərən Ombudsman təsisatı bunların bariz nümunəsidir. 

Ombudsman bildirmişdir ki, Ulu öndərin siyasətini ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirmişdir. Azərbaycanın iqtisadi rəqabət qabiliyyətinə görə ildən-ilə dünyada öndər ölkə kimi yerinin yüksəlməsi, MDB məkanında isə birinci yerdə qərarlaşması xüsusilə vurğulanmış, müstəqilliyi dövründə Azərbaycanda insan hüquqlarının hər zaman dayanıqlı inkişaf baxımından prioritet olduğu diqqətə çatdırılmışdır.

Müvəkkilin regional mərkəzləri tərəfindən, həmçinin Ombudsmanın uşaq, qadın və ahılların hüquqları üzrə resurs mərkəzləri olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbində, Azərbaycan Qadın və İnkişaf Mərkəzində, habelə Ahılların Resurs Mərkəzində silsilə tədbirlərin təşkil olunduğu vurğulanmışdır.