Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbirlər keçirib

11-12-2018 10358 dəfə oxunub
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaın tapşırığına əsasən, Ombudsmanın Cəlilabad Regional Mərkəzi  10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı Cəlilabad şəhər 8 saylı tam orta məktəbdə Hər kəs doğulduğu andan bərabər və ayrılmaz hüquqlara və əsas azadlıqlara malikdir” mövzusunda  maarifləndirici tədbir keçirib.

Tədbirdə həmin Regional Mərkəzin rəhbəri Ziya İsmayılov çıxış edərək, insan hüquqlarının mahiyyəti, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar, habelə İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktlar, ölkəmizin bu mühüm sənədlərə qoşulması və digər müddəalar barədə geniş məlumat verib. O, bildirib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə, demokratik tərzdə qəbul edilib. 

Diqqətə çatdırılıb ki, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi özündə təsbit edən əsas Qanunumuzun 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılmış, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunmuşdur. Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərlik etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri də insan hüquqlarının müdafiəsi və təmin edilməsi olmuşdur. Qısa müddət ərzində bu məqsədlə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, çoxsaylı fərman və sərəncamlar imzalanmaqla müvafiq qanunvericilik aktları qəbul olunmuşdur.

Bu proseslərin məntiqi davamı kimi, Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqləndi. Dövlət Proqramında insan hüquqları üzrə səlahiyyətli Müvəkkil təsisatının yaradılması, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi və digər mühüm məsələlər nəzərdə tutulurdu. 

Bildirilib ki, insan hüquqları istiqamətində aparılan islahatların tərkib hissəsi kimi, insan hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə 28 dekabr  2001-ci il tarixdə “Azərbaycan  Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi, vətəndaşların pozulmuş hüquqlarının bərpasında yeni mexanizmin və ölkə modelinin formalaşmasına imkan verdi. Ombudsman Elmira Süleymanovanın insan hüquqlarının təmin olunması və müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti, paytaxt və regionlarda təşkil etdiyi silsilə maarifləndirmə tədbirləri, regional mərkəzlərinin gördüyü işlər haqqında ətraflı məlumat verilib.

Tədbirdə ölkə prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı, habelə 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı diqqətə çatdırılıb.

İştirakçılar mühüm mövzu ilə bağlı keçirilən tədbirin böyük əhəmiyyəti olduğunu qeyd edərək, tədbirin təşkilinə görə Ombudsmana minnətdarlığını bildiriblər.