Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən növbəti başçəkmə həyata keçirilmişdir

13-11-2018 200 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən növbəti başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial xidmət müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilmişdir.

Başçəkmədə məqsəd bu müəssisədə yaşayan, abilitasiya və reabilitasiyaya cəlb olunmuş uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olmuşdur.

MPQ üzvlərinin, tibb və sosial iş sahəsində ekspertin də iştirak etdiyibaşçəkmə zamanı saxlanma şəraitinin araşdırılması məqsədilə müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, reabilitasiya otaqlarına, yeməkxanaya və mətbəxə, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, ümumi əraziyə baxış keçirilmişdir.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bu təhsil müəssisələrində yaşayan uşaqlara yanaşmalar, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə fərdi və hüquqi maarifləndirici söhbətlər əsasında mövcud vəziyyət öyrənilmişdir.

Müəssisədə uşaqların saxlama şəraiti, qidalanma, ərzaq təminatı, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti, uşaqlarla rəftar məsələləri qənaətbəxşdir.

Başçəkmələrin sonunda MPQ üzvləri tərəfindən milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında sosial xidmət müəssisəsinin rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, uşaq hüquqlarının həyata keçirilməsi və təmininə diqqətin artırılması, bu sahədə fəaliyyətlərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilmişdir.