Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ahılların Resurs MərkəzindəBeynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib

08-10-2019 10516 dəfə oxunub
Ahılların Resurs MərkəzindəBeynəlxalq Müəllimlər Gününə  həsr edilmiş tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin resurs mərkəzi olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdində artıq 15 ildən çoxdur ki, mütəmadi olaraq hər şənbə günü fəaliyyət göstərən Ahılların Resurs Mərkəzində Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib. 

Ahılların Resurs Mərkəzinin üzvü olan ahıl, o cümlədən qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan qadınların qatıldığı həmin tədbirdə iştirak edən Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov Müvəkkil Elmira Süleymanovanın salamlarını, təbriklərini və xoş arzuları iştirakçılara çatdırıb.

Bildirilib ki, YUNESKO tərəfindən 1966-cı ildə qəbul edilmiş müvafiq qərara əsasən hər il 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir. Elə həmin il adı çəkilən təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Həmin əlamətdar günün 1993-cü ildən ölkəmizdə də geniş qeyd edildiyi, bu il anadan olmasının 95-ci və hakimiyyətə qayıtmasının 25-ci ildönümlərini qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirdiyi, onlara böyük hörmətlə yanaşdığı, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qaldığı və bu məqsədyönlü siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi vurğulanıb.

Hazırda ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan təhsilin inkişafı sahəsində mühüm islahatların həyata keçirildiyi, vətəndaşların ölkə Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi, Azərbaycan təhsilinin yeni səviyyəyə çatması üçün bütün imkanların yaradıldığı, təlim-tərbiyənin inkişaf konsepsiyasının və strategiyasının müəyyənləşdirildiyi təqdirəlayiq hal kimi diqqətə çatdırılıb. Eyni zamanda qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binalarının, əlavə tədris korpuslarının, habelə uşaq bağçalarının tikilməsi, əsaslı təmiri üçün həyata keçirdiyi mühüm tədbirlər, çoxsaylı dərslik və dərs vəsaitlərinin nəşr edilib kənd məktəblərinə göndərilməsi böyük razılıq hissi doğurur. 

Ölkə Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi nəzərdə tutulduğu, Ombudsman təsisatı ilə Təhsil Nazirliyi arasında təhsil hüququnun həyata keçirilməsi sahəsində, o cümlədən uşaq hüquqları üzrə pilləli tədris proqramı üzrə əməkdaşlıq uğurla davam etdirildiyi barədə məlumat verilib. 

Bundan əlavə Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində və onun nəzdində “Azərbaycan Yurdum Mənim” devizi ilə fəaliyyət göstərən Liderlik məktəbində müntəzəm olaraq uşaqların iştirakı ilə Uşaq Hüquqları Konvensiyasının müddəalarına əsaslanan treninqlərin, vətənpərvərlik ruhunda maarifləndirmə tədbirlərinin keçirildiyi, onların problemləri müzakirə olunduğu və Şəbəkə üzvlərinin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə muzeylərə, tarixi yerlərə səfərlər təşkil edildiyi söylənilib. 

İştirakçılar bu tədbirin təşkilinə görə Ombudsmana minnətdarlıqlarını bildiriblər.