Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliliyinin rəhbərini qəbul edib

02-10-2018 239 dəfə oxunub
Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliliyinin rəhbərini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki missiyasının rəhbəri Serhan Aktoprakı onun xahişi ilə qəbul edib. Görüşdə miqrantların hüquqları sahəsində Ombudsman təsisatı ilə adıçəkilən qurum arasında əməkdaşlıq üzrə görülmüş işlər müzakirə olunub, yeni prioritetlər üzrə fikir mübadiləsi aparılıb.

Müvəkkil son illərdə dünyada miqrantların sayının kəskin artması səbəbindən onların hüquqlarının müdafiəsinə yönəlmiş həm qanunvericilik, həm də yeni beynəlxalq normaların qəbul edilməsinin vacibliyindən danışaraq, miqrasiya üzrə “Qlobal kompakt”ın qəbul edilməsinin təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə idarəçiliyin təkcə milli və regional səviyyədə deyil, eyni zamanda da qlobal miqyaslarda inkişafına töhvə verəcəyini və bununla bağlı birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin bu əhali qrupunun maarifləndirilməsi, vaxtında dolğun və hərtərəfli hüquqi yardım alması üçün lazımi şəraitin yaradılması və bir sıra digər əhatəli məsələlər üzrə fəaliyyət istiqamətləri müəyyən edilib.

S.Aktoprak səmimi qəbul, faydalı təkliflər, fikir və məlumat mübadiləsi üçün Ombudsmana minnətdarlığını bildirib.