Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ölkə Prezidentinin növbəti əfv sərəncamı icra olunub

25-05-2018 182 dəfə oxunub
Ölkə Prezidentinin növbəti əfv sərəncamı icra olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 may 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzaladığı, sayca 64-cü olan Əfv sərəncamı üzrə 634 məhkum əfv olunmuşdur. 

Qeyd olunmalıdır ki, Ombudsman Elmira Süleymanova özlərinin və ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciətlər ünvanlamış, Müvəkkilin vəsatətləri əsasında bu Sərəncamla 72, ümumilikdə isə fəaliyyət dövrü ərzində 638 məhkum əfv olunaraq öz azadlığına qovuşub. 

Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın müstəqilliyi tarixində əlamətdar hadisə olduğu vurğulanaraq, Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında ümumbəşəri dəyərlər, qanunun aliliyi, ədalət və demokratiya ideallarına xüsusi önəm verdiyi xatırlanır, Heydər Əliyev siyasətinin mərhəmətlik və humanizm ənənələrinə sadiq qalaraq, cəzadan azad olunacaq şəxslərin cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərinə inam vurğulanır.

Bu baxımdan Ombudsman əlamətdar hadisə olan əfv Sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1, 4, 6, 15 saylı cəzaçəkmə və Müalicə müəssisələrində olub, çoxsaylı məhkumlara azadlığa buraxılış vəsiqələrinin təqdim edilməsində iştirak edib.

Bu tədbirlərdə Müvəkkil məhkumları ikiqat bayramlar - əfv olunmaları və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib, xoş arzularını bildirib. O, diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyev hər zaman fəaliyyətində humanizm siyasətinə, insan hüquqlarının təmininə önəm vermiş və bu siyasət hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 

Ombudsman müstəqillik tarixində dövlətimizin humanist siyasəti nəticəsində yeganə ölkə olaraq Azərbaycanda qısa müddət ərzində 64 əfv sərəncamının imzalandığını, 11 Amnistiya Aktının qəbul olunduğunu, nəticədə isə minlərlə insanın ailələrinə, cəmiyyətə qovuşduğunu diqqətə çatdırıb.

Elmira Süleymanova bir çox əfv sərəncamlarının icrasında iştirak etdiyini, budəfəki sərəncamın müstəqillik illərində ən genişmiqyaslı olduğunu, yəni əfv olunanların sayının 634 nəfər təşkil etdiyini və bunun əlamətdar hadisə olduğunu vurğulayıb.

Müvəkkil azadlığa buraxılanlara ailələrinə və cəmiyyətə, sağlam həyat tərzinə qovuşmağı, dövlətçiliyə sadiq qalmağı, faydalı əməklə məşğul olmağı tövsiyə edib. 

Bu müəssisələrdəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları barədə sənədlər təqdim edilib. 

Əfv olunan şəxslər minlərlə insanı əhatə edən, Əfv sərəncamlarına və amnistiya aktlarına, insan hüquqları sahəsində humanist addımlara görə ölkə başçısı İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.