Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Müasir Azərbaycan dövlətçiliyində Xalq Cümhuriyyəti ənənələri” mövzusunda tədbir keçirilib

15-03-2018 10297 dəfə oxunub
“Müasir Azərbaycan dövlətçiliyində Xalq Cümhuriyyəti ənənələri” mövzusunda tədbir keçirilib

Ombudsmanın Gəncə regional mərkəzi tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyəti ilə birgə “2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində həmin rayon icra hakimiyyətinin iclas zalında təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan fəal gənclərin, bələdiyyə və QHT üzvlərinin iştirakı ilə “Müasir Azərbaycan dövlətçiliyində Xalq Cümhuriyyəti ənənələri” mövzusunda tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan Gədəbəy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Qədir Bağırov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin ölkə səviyyəsində qeyd edilməsinin əhəmiyyətini vurğulayaraq, Ombudsman təsisatına bu istiqamətdə tədbir keçirildiyinə görə təşəkkürünü bildirib.

Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Həmin Sərəncama əsasən  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar bu il ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. 

Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova da “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində müsəlman Şərqinə hüquqi demokratik quruluşu ilə örnək olmuş həmin Cümhuriyyətin insan hüquqları baxımından mütərəqqi tarixi fəaliyyəti, eləcə də müasir Azərbaycan respublikasında insan hüquqları və demokratik islahatlar çərçivəsində həyata keçirilən işlər barədə əhalinin maarifləndirilməsi məqsədilə müxtəlif mövzularda tədbirlər təşkil etməkdədir. 

Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başlanılmasının məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən S.Abbasov bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldıldığını, onların xatirəsinin əbədiləşdirildiyini, adlarına küçə, prospekt və qəsəbələr salındığını, görkəmli xadimlər haqqında sənədli filmlər çəkildiyini, xarici ölkələrdəki məzarlarının abadlaşdırıldığını diqqətə çatdırıb.

Tədbir mövzu ilə bağlı iştirakçılar arasında səmərəli müzakirələr şəraitində davam edib.